Türkiyə Səfirliyindən Kəlbəcərdə həlak olanlarla bağlı paylaşım

turkiye-sefirliyinden-kelbecerde-helak-olanlarla-bagli-paylasim
Oxunma sayı: 1372

Türkiyənin Azərbaycandakı Səfirliyi Kəlbəcərdə həlak olanlarla bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, səfirliyin paylaşımında deyilir:

“Bu gün Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Susuzluq kəndi nümayəndəsi Arif Əliyevə Allahdan rəhmət, kədərli ailələrinə və Azərbaycan mediasına başsağlığı, yaralılara şəfalar diləyirik”.