Türkiyə səfirliyinin avtomobilinə hücum olub - Foto

turkiye-sefirliyinin-avtomobiline-hucum-olub
Oxunma sayı: 1996

İsveçin Stokholda şəhərindəki Türkiyə səfirliyinə məxsus avtomobilə hücum olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, naməlum şəxslər dayanacaqda olan maşının yan şüşəsini qırıblar.

Səfirlik hücumun gecə saatlarında baş verdiyi bildirib. Artıq İsveç Xarici İşlər Nazirliyinə və polisinə hadisə ilə bağlı məlumat verilib.