Meksikadakı Türkiyə səfirliyinin katibi yoxa çıxıb.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 29 yaşlı qadın 2-16 iyul aralığında iş yoldaşları ilə yalnız elektron poçt vasitəsilə əlaqə saxlayıb. O, xəstə olduğu üçün müayinələrə getdiyini, işə gələ bilməyəcəyini deyib.
Narahat olan əməkdaşlar iyulun 17-si qadının evinə yollansa da onu tapa bilməyiblər. 6 gün sonra isə onun elektron ünvanından məzmunsuz məktub gəlib. Mexiko Baş Prokurorluğu artıq araşdırmalara başlayıb.
Qeyd edilir ki, adı açıqlanmayan qadın Türkiyə konsulluğunda ikinci katib kimi çalışıb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər