Türkiyə səhəri terrorla açdı - 2 ölü, 10 yaralı

turkiye-seheri-terrorla-acdi
Oxunma sayı: 4425

Türkiyədə terror hadisəsi baş verib.

QafqazinfoReport-a istinadən xəbər verir ki, Van vilayətinin Erçiş rayonunda jandarm binası yaxınlığında içinə bomba qoyulmuş avtomobil partladılıb.

Nəticədə 2 hərbçi şəhid olub, 10 hərbçi yaralanıb. Terror aktının PKK təşkilatı tərəfindən törədildiyi bildirilir.

Əraziyə çoxlu sayda tibbi yardım maşını göndərilib.