Türkiyə şəhid verdi

turkiye-sehid-verdi
Oxunma sayı: 2108

Suriyanın İdlib şəhərində zirehli təcili yardım maşınına hücum nəticəsində Türkiyənin bir hərbçisi həlak olub, ikisi yaralanıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Haberler.com” xəbər verib.

Həyatını itirən əsgər haqqında acı xəbər onun Samsundakı ailəsinə çatdırılıb.

Buna cavab olaraq, Suriya tərəfinin aşkar olunan hədəfləri Türkiyə Silahlı Qüvvələri tərəfindən dərhal atəşə tutulub.