Türkiyə şəhid verdi - Yenilənib

turkiye-sehid-verdi
Oxunma sayı: 5067

İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin atəşi nəticəsində 2 türk əsgəri şəhid olub, 3-ü yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada yaralı əsgərlərin dərhal xəstəxanaya aparıldığı, bölgədə əməliyyatların davam etdiyi bildirilib.

***

Türkiyə Ordusunun daha bir hərbçisi şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, İraqın şimalında "Pençe-Kilit" əməliyyatı bölgəsində terrorçularla mübarizə zamanı Uğur Özdemir şəhid olub.