Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi vəfat etdi

turkiye-silahli-quvvelerinin-sabiq-bas-qerargah-reisi-vefat-etdi
Oxunma sayı: 2202

Türkiyə Silahlı Qüvvələrinin 22-ci keçmiş Baş Qərargah rəisi, ordu generalı İsmayıl Hakkı Karadayı vəfat edib.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, bir neçə gün öncə yüksək hərarət və infeksiya diaqnozu ilə xəstəxanaya yerləşdirilən 88 yaşlı Karadayı bu gün dünyasını dəyişib. Xərçəngə görə müalicə alan generalın ölüm səbəbinin orqan çatışmazlığı olduğu bildirilib.

Qeyd edək ki, İ. H. Karadayı 1994-1998-ci illərdə TSQ Baş Qərargah rəisi səlahiyyətlərini yerinə yetirib.