Türkiyə son dəqiqələrdə qələbəni əldən verdi - Video

turkiye-son-deqiqelerde-qelebeni-elden-verdi
Oxunma sayı: 1853

Milli komandaların yoldaşlıq görüşləri davam edir.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə millisi səfərdə Monteneqro ilə qarşılaşıb.

Luçeskunun komandası ilk hissədə 2-0 önə keçsə də, bu üstünlüyünü sona qədər qoruya bilməyib. Monteneqro ilk hissənin sonlarında hesab arasındakı fərqi 1-ə endirib. Matçın son dəqiqələrində isə bərabərlik qolunu vurub.

Beləliklə, matç 2-2 hesablı bərabərlikə başa çatıb.