Türkiyə “Sputnik V” peyvəndinin ilk partiyasını aldı

turkiye-sputnik-v-peyvendinin-ilk-partiyasini-aldi
Oxunma sayı: 1006

Türkiyə Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndinin ilk partiyasını tədarük edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “A Haber” məlumat verib.

“Sputnik V” peyvəndinin ilk partiyası olan təyyarə Ankaranın paytaxtı Esenboğa hava limanına endi”, - deyə kanalın xəbərində bildirilib.

Tədarükün ölçüsü dəqiqləşdirilməyib.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkə əhalisinin 3 qatı sayında peyvənd tədarükü üçün müqavilələr imzalandığını açıqlamışdı.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə bu günə qədər 5,3 milyondan çox koronavirusa yoluxma faktı qeydə alınıb, 48 mindən çox insan vəfat edib.