Türkiyə Superkuboku Bakıda keçiriləcək?

turkiye-superkuboku-bakida-kecirilecek
Oxunma sayı: 644

Türkiyə Superkuboku oyununun Bakıda keçirilməsi məsələsi yenidən gündəmə gəlib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu haqda “Beşiktaş”ın prezidenti Fikrət Orman məlumat verib.

Məlum olduğu kimi, Superkubok matçı çempion “Beşiktaş”la kubokun qalibi “Konyaspor” arasında avqustun 6-da təşkil ediləcək.

Orman öz mediasına açıqlamasında kuboku qazanmaları münasibəti ilə “Konyaspor”un prezidenti Əhməd Şanı telefonla təbrik etdiyini bildirib: "Bu zaman o mənə dedi ki, Superkubok oyununun Bakıda keçiriləcəyindən xəbərin varmı? Mən də xəbərimin olmadığını söylədim. Orda keçirilərsə, yaxşı olar. Azərbaycanda oynamaq istərik”.

Xatırladaq ki, son illərdə Türkiyə Superkubokunun Bakıda keçirilməsi hər dəfə gündəmə gətirilsə də, bu, heç vaxt reallaşmayıb.