Türkiyə Silahlı Qüvvǝlǝri (TSQ) Suriya sǝrhǝddinǝ hǝrbi personal vǝ texnika yeritmǝkdǝ davam edir.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, dünən axşam saatlarında Hatay vilayǝtindǝn quru yolu ilǝ daha 20 maşınlıq konvoy sərhəd bölgəsinə yola düşüb.
Sursat və hərbi personalları daşıyan texnikalar geniş təhlükəsizlik tədbirləri altında Reyhanlı və Kırıkhan qəsəbələrinə keçib.
Qeyd edək ki, TSQ sərhəd boyunca mövqelərini gücləndirmək və terrorçulara qarşı daha geniş mübarizə aparmaq məqsədilə əlavə qüvvələrin cəlb edilməsini davam etdirir.

Son xəbərlər
Son Xəbərlər