Türkiyə Suriyada 16 terrorçunu zərərsizləşdirdi

turkiye-suriyada-16-terrorcunu-zerersizlesdirdi
Oxunma sayı: 693

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında daha 16 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terrorçular Suriya ərazisində “Fərat qalxanı” və “Zeytun budağı” hərbi əməliyyatlarının keçirildiyi bölgədə məhv edilib.

Onların türk hərbçilərinə qarşı terror aktı planlaşdırdıqları müəyyən olunub.