Türkiyə Suriyanın şimalında hərbi əməliyyata başladı

turkiye-suriyanin-simalinda-herbi-emeliyyata-basladi
Oxunma sayı: 1491

Türkiyə ordusu Suriyanın şimalında yerləşən Fəratda hərbi əməliyyata başlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter mikrobloqunda məlumat verib.

“Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı “Sülh Pınarı Hərəkatı”na başlayıb. Məqsədimiz cənub sərhədimizdə qurulmağa çalışan terror dəhlizini dağıtmaq və bölgəyə sülh və əmin-amanlıq gətirməkdir.

“Sülh Pınarı Hərəkatı” ilə ölkəmizə qarşı terror təhdidlərini yox edəcəyik. Quracağımız təhlükəsiz bölgə sayəsində suriyalı miqrantların ölkələrinə qayıtmaqlarını təmin edəcəyik. Suriyanın torpaq bütünlüyünü qoruyacaq, bütün bölgə xalqını terrorun pəncəsindən xilas edəcəyik”, -deyə Ərdoğan qeyd edib.