Türkiyə Suriyaya uçan Rusiya təyyarələrinə hava məkanını bağladı

turkiye-suriyaya-ucan-rusiya-teyyarelerine-hava-mekanini-bagladi
Oxunma sayı: 4521

Türkiyə hava məkanını Rusiyadan Suriyaya əsgər daşıyan bütün mülki və hərbi təyyarələr üçün bağlayıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, belə bir qərar Moskva ilə məsələhətləşərək qəbul edilib. 

"Rusiyanın hərbi təyyarələrinə, hətta Suriyaya gedən və əsgər daşıyan mülki təyyarələrə də hava məkanını bağladıq. 3 aydır icazə verirdik. Aprelə qədər icazələri var idi. Prezidentimiz də Putinə dedi. Sonra uçuşlar dayandı", - deyə Çavuşoğlu bildirib.