Türkiyə tarixinin ən böyük heroin əməliyyatı - 1 ton yarım narkotiklə...

turkiye-tarixinin-en-boyuk-heroin-emeliyyati
Oxunma sayı: 1751

Türkiyənin Ərzurum şəhərində ölkə tarixinin ən böyük heroin əməliyyatı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, əməliyyat zamanı yük maşınında 1 ton 535 kiloqram heroin ələ keçirilib, üç nəfər dəstə üzvü isə Almaniyaya qaçmaq istəyərkən  saxlanılıb. Evlərinə baxış zamanı minlərlə dollar və narkotik maddə ələ keçirilib. 

Saxlanılan şəxslər haqqında narkotik vasitələrin satışı və nəqli maddələri ilə cinayət işi açılıb.