Türkiyə Təhlükəsizlik Şurasından Ermənistana - Xəbərdarlıq

turkiye-tehlukesizlik-surasindan-ermenistana
Oxunma sayı: 6118

“Ermənistan öz təcavüzkar həqarət və hərəkətlərindən əl çəkməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayımlanan bəyanatda deyilir.

Bildirilib ki, Ermənistan Cənubi Qafqazda uzun müddət sonra ortaya çıxan sülh və sabitlik fürsətini dəyərləndirməlidir:

“Ermənistan rəhbərliyi öhdəliklərinə sadiq qalaraq, region ölkələri ilə əməkdaşlığı inkişaf etdirməlidir”.