Türkiyə tək səs oldu... - Video

turkiye-tek-ses-oldu
Oxunma sayı: 3145

Türkiyənin hər yerində 19 May - Atatürkü Anma, Gənclik və İdman Günü milli bayramı münasibətilə yerli vaxtla saat 19:19-da İstiqlal marşı oxunub.

“Qafqazinfo” xəbər verir ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün ölkənin bir ağızdan İstiqlal marşını oxuması ilə bağlı çağırış etmişdi.  Təyin olunan vaxtda vətəndaşlar evlərinin balkon və pəncərələrindən əllərində Türk bayraqları ilə Ərdoğanın çağırışına qoşulublar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan marşın oxunmasına Çankaya köşkündən qatılıb.