“Türkiyə terrorla mübarizədə önəmli rol oynayır”

turkiye-terrorla-mubarizede-onemli-rol-oynayir
Oxunma sayı: 1105

“Türkiyə NATO-nun dəyərli müttəfiqidir və terrorla mübarizədə önəmli rol oynayır”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq, həmçinin Türkiyəni Ukrayna və Rusiya arasında dinc danışıqlara gətirib çıxaracaq diplomatik və siyasi proseslərdə vasitəçilik etdiyinə görə təqdir edib.