İstanbul-Nyu-York reysi üzrə hərəkət edən Türk Hava Yollarına (THY) məxsus “Boeing 777-300ER” tipli sərnişin təyyarəsi böyük təhlükə ilə üzləşib.
Şirkətdən “Qafqazinfo”ya daxil olan məlumata görə, təyyarə enişə 45 dəqiqə qalmış havada burulğana düşüb.
Pilotların məharəti sayəsində təyyarə Con Konnedi hava limanına endirilib.
326 sərnişin və 18 ekipaj üzvünün olduğun təyyarədə 30 nəfər (28 sərnişin, 2 ekipaj üzvü) xəsarət alıb. Məlumata görə, ekipaj üzvlərindən birinin ayağı qırılıb, digər xəsarət alanlarda isə kəsiklər və əzilmələr qeydə alınıb.
THY-dən verilən məlumata görə, 18 nəfər xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər