Türk Hava Yollarına məxsus “Airbus A321” təyyarəsi Bolqarıstanın paytaxtı Sofiyada məcburi eniş edib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Brüssel-İstanbul reysini həyata keçirən laynerin mühərriklərindən birində nasazlıq olub. İnsident nəticəsində xəsarət alan olmayıb.
Təyyarə aeroportda qaldığı müddətdə Sofiya hava limanı heç bir reysi qəbul etməyib.
Son xəbərlər
Son Xəbərlər