“Türkiyə tezliklə NATO-nu tərk edəcək”

“Türkiyə tezliklə NATO-nu tərk edəcək”
Oxunma sayı: 3126

“Türkiyə yarım ildən sonra NATO-nu tərk edə bilər”.

“Qafqazinfo” “Aydınlık” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin “Vatan” partiyasının sədrinin müavini Ethem Sancak deyib.

Onun sözlərinə görə, NATO öz təxribatları ilə Türkiyəni bu addımı atmağa vadar edir: “Onlar bizi qonşu Yunanıstana qarşı qoymağa çalışırlar. Türkiyə 5-6 aydan sonra NATO-nu tərk edəcək. İsveç və Niderlandda Qurana qarşı hərəkətləri görürsünüz”.

Qeyd edək ki, Türkiyə yanarın 21-i İsveçin müdafiə naziri Pol Yonsonun ölkəyə səfərini ləğv edib. Bu barədə qərar həmin gün İsveçdə “Qurani-Kərim” kitabının yandırılması ilə bağlı insidentdən sonra verilib. Analoji hadisə Niderlandda da baş verib. Belə ki, ölkənin Lahey şəhərində bir şəxs “Qurani-Kərim” kitabını cırıb.