Türkiyə üçün çətin sınaq və son şans

turkiye-ucun-cetin-sinaq-ve-son-sans
Oxunma sayı: 1667

Bu gün Avropa Çempionatında daha 3 qarşılaşma baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, günə İtaliya – İsveç oyunu ilə start veriləcək. 

İkinci qarşılaşma Çexiya və Xorvatiya arasında olacaq. Günün bağlanış matçında isə Türkiyə və İspaniya münasibətlərə aydınlıq gətirəcək. Bu “ay ulduzlular” üçün Avropa Çempionatında yola davam etmək üçün son şansdır. Fatih Terimin komandası növbəti mərhələ şanslarını saxlamaq üçün ən pis halda rəqiblə heç-heçə etməlidir.

17 iyun

E qrupu

17:00. İtaliya - İsveç


Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyorgi Rinq, Vensel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Bonyar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Klemen Turpin (Fransa)
Ehtiyat yan xətt hakimi: Nikola Danos (Fransa)
Hakim-inspektor: Devid Elleri (İngiltərə)
UEFA nümayəndəsi: Aleş Zavrl (Sloveniya)
Tuluza. Şəhər stadionu

D qrupu

20:00. Çexiya - Xorvatiya

Baş hakim: Mark Klattenburq
Yan xətt hakimlər: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropoulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Qişar" stadionu.


23:00. İspaniya – Türkiyə

Baş hakim: Milorad Maziç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Corcyeviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Nitsa. Şəhər stadionu