Türkiyə Ukrayna ilə bağlı yeni təklif irəli sürdü

Türkiyə Ukrayna ilə bağlı yeni təklif irəli sürdü
Oxunma sayı: 1305

Türkiyə Ukraynada hərbi əməliyyatlar zonasından xəstə və yaralıların təxliyəsi üçün tibbi dəhlizin yaradılmasını təklif edir.

“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fahrettin Koça Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasında açıqlayıb.

Onun sözlərinə görə, Türkiyə təxliyə və tibbi köməyin göstərilməsi məsələlərində ondan asılı olan hər bir şeyi həyata keçirməyə hazırdır. 

Koca, həmçinin bu təklifin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinə çağırıb.