Türkiyə Ukraynadakı yaralılara dəhliz açacaq

turkiye-ukraynadaki-yaralilara-dehliz-acacaq
Oxunma sayı: 4068

Türkiyə Rusiya-Ukrayna müharibəsində yaralananlara kömək etmək niyyətindədir.

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan haqları üzrə komissarı Dmitri Lubinets deyib.

O bildirib ki, Türkiyə mülki şəxslərin geri qaytarılması üçün öz ərazisindən humanitar dəhliz yaratmaq istəyir.

Qeyd edək ki, bununla bağlı artıq iki ölkə arasında müzakirə aparılır.