“Türkiyənin Rusiyadan üzr istəməsi və ya təzminat ödəməsi haqda söhbət gedə bilməz”.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Qalın yerli kanallardan birinə müsahibəsi zamanı deyib. İ.Qalın iki ölkə arasındakı gərginliyin sıravi insanlar da zərər vurduğunu deyib. O, “Yaşananlar bizim turizm sektoruna təsiri edib, amma Rusiya tərəfində də müəyyən problemlər var. Rusiyanın milli günü münasibətilə məktubu isə Rəcəb Tayyib Ərdoğan dövlət ənənəsi olaraq göndərib”,- deyə açıqlama verib.
Prezident sözçüsü qəti şəkildə bildirib ki, üzr istəmək və ya təzminat ödəməkdən söhbət gedə bilməz.
Son xəbərlər
Son Xəbərlər