“Qafqazinfo” xəbər verir ki, bunu Azadlıq qəzetinə açıqlamasında politoloq Vəfa Quluzadə Türkiyə ilə Vatikan arasında yaranmış qalmaqala münasibət bildirərkən deyib. Roma Papası səviyyəsində belə bir addımın atıla biləcəyinin gözlənilən olduğunu deyən V.Quluzadə qeyd edib ki, belə bir pay “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı edilə bilərdi: “Daha da pis olardı ki, Amerika administrasiyası bu qondarma soyqırımı tanısın. Bu soyqırımı nə ABŞ, nə də böyük Avropa ölkələri tanımadılar və bu tanınma olmayacaq da. Amma Roma Papası ermənilərə bir jest etmiş oldu. Bu jest də indiki şəraitdə ermənilərin Qərbə meyillənməsi üçün atılan bir addımdır. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan hazırda çıxılmaz durumdadır. Ermənistan Rusiyanın caynağından azad olmaq isətəsə də, buna nail ola bilmir. Ona görə düşünmürəm ki, Vatikanın addımı böyük faciə kimi dəyərləndirilməlidir. Türkiyə öz mövqeyindədir və bu mövqe olduqca güclüdür”.
V.Quluzadə onu da bildirdi ki, Roma Papasının bu addımı ABŞ və nüfuzlu Qərb ölkələrinə imkan verir ki, Ermənistanın soyqırımının tanıtım istəklərinə “yox” desin. Azərbaycanın yaranmış durumda atacağı addımlara gəlincə, V.Quluzadə söylədi ki, rəsmi Bakı artıq bu istiqamətdə bəyanat verib. Bundan sonra Azərbaycanın edə biləcəyi elə bir şey yoxdur. “Azərbaycanın imkanı varsa, gedib işğaldakı torpaqları azad edər. Amma buna Rusiya faktoru imkan vermir”, deyə V.Quluzadə bildirdi.
Xatırladaq ki, Roma Papası Fransiskin 1915-si il olaylarını anmaq üçün aprelin 12-də Vatikandakı Müqəddəs Pyotr kilsəsində təşkil edilən mərasimdə “erməni soyqırımı”nı 20-ci əsrin ilk soyqırımı adlandırıb.
Son xəbərlər
Son Xəbərlər