Türkiyə və ABŞ səfirlikləri Hidayəti belə təbrik etdi

turkiye-ve-abs-sefirlikleri-hidayeti-bele-tebrik-etdi
Oxunma sayı: 3873

Türkiyənin Azərbaycandakı səfirliyi cüdoçu Hidayət Heydərovu Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

“Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo kateqoriyasında qızıl medal qazanan və Azərbaycan bayrağını Fransada dalğalandıran Hidayət Heydərovu ürəkdən təbrik edirik”, - paylaşımda qeyd edilib.

ABŞ-nin Azərbaycandakı səfirliyi də bu münasibətlə feysbukda paylaşım edib.

Paylaşımda deyilir: “Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlıq və zəhmət həqiqətən öz bəhrəsini verdi. Bu möhtəşəm nailiyyətdən zövq alın - bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Azərbaycan Komandasını da bu qələbə ilə təbrik edirik - qarşıda daha çox uğurlar və qızıl medallar ümidi ilə!”

Xatırladaq ki, ötən gün Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub