“Türkiyə və Azərbaycan arasında səfərlər pasportsuz olmalıdır” - Çavuşoğlu

“Türkiyə və Azərbaycan arasında səfərlər pasportsuz olmalıdır”
Oxunma sayı: 3948

Bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirilən birgə mətbuat konfransında konsulluq və viza sahəsində görüləcək işlər açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Çavuşoğlu bu sahədə əməkdaşlığın davam etdiyini və gələcəkdə viza sahəsində önəmli addımların atılacağını bildirib.

“Xüsusilə konsulluq sahəsində də əməkdaşlığımızı gücləndiririk. Vizaları ləğv etdik. Türkiyə daha əvvəl ləğv etmişdi, 2019-cu ildə də Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etdi. İndi isə 30 günlük qalmaq müddətini 90 günə qaldırmaq üçün işlər görürük. Ancaq bununla da kifayətlənməməliyik. Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı səfərlərdə pasporta ehtiyac duymamalıdır. Biz bu əməkdaşlığı Gürcüstan və Ukrayna ilə reallaşdırdıq. Yeni vəsiqələrdə bütün məlumatlar olduğuna görə artıq şəxsiyyət vəsiqəsi ilə səyahətə icazə verilməsi üçün təkliflərimizi təqdim etdik. Bunları da həyata keçirəcəyik”,- deyə Türkiyə XİN rəhbəri qeyd edib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi