Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki ölkə arasında ticari əlaqələrin inkişaf etdiyini söyləyən Oqtay Əsədov ötən il ticari həcmin 2 milyard 600 milyon dollar, bu ilin ilk altı ayında 1 milyard 800 milyon dollar olduğunu qeyd edib.
Binəli Yıldırım isə çıxışında bildirib ki, məclis sədri seçildikdən sonra ilk rəsmi ziyarətini Şimali Kipr Türkiyə Cumhuriyyətindən sonra Azərbaycana edib:
“Türkiyə və Azərbaycan eyni bölgədə, eyni taleyi paylaşır. Bölgəmiz üzərində son zamanlar bəzi ciddi planlar var. Bu planlara qarşı həmrəylik və güc birliyini artırmalıyıq”.
Son xəbərlər
Son Xəbərlər