Böyük Britaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına imkan olduqda dərhal Ukraynanı tərk etməyi tövsiyə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilir.
Belə bir imkan olmadıqda, britaniyalara evdə qalmaq və pəncərələrə yaxın durmamaq tövsiyə olunur.
***
Almaniya Xarici İşlər Nazirliyi Ukraynada olan vətəndaşlarını təcili bu ölkəni tərk etməyə çağırıb.
XİN-dən bildirilib ki, əgər vətəndaşların ölkəni tərk etmək imkanı yoxdursa, təhlükəsiz yerdə qalsınlar.
***
Türkiyə XİN Ukraynada olan vətəndaşlarına evlərində və ya daha təhlükəsiz bir yerdə qalmalarını tövsiyə edib.
Nazirlik bildirib ki, Ukraynadan çıxmaq istəyən vətəndaşlara lazımı dəstək veriləcək.
XİN qeyd edib ki, hazırda Ukraynanın hava məkanı qapalıdır.
Son xəbərlər
Son Xəbərlər