Türkiyə və Ermənistan münasibətlərin normallaşması üçün şərtlər irəli sürməyib

turkiye-ve-ermenistan-munasibetlerin-normallasmasi-ucun-sertler-ireli-surmeyib
Oxunma sayı: 1118

“Türkiyə hökuməti İrəvan və Ankaranın xüsusi nümayəndələrinin danışıqlar prosesində iki ölkə arasında münasibətlərin normallaşması üçün ilkin şərtlər irəli sürməyib”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində hökumət saatında xarici işlər naziri Ararat Mirzoyan bildirib.

“Ümid edirəm ki, yanvarın 14-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin Moskvada keçirilən görüşündən sonra verilən bəyanat hamıya sübut etdi ki, Türkiyə tərəfi prosesin başlanması və ya başa çatdırılması üçün erməni tərəfinin də müəyyən etmədiyi kimi, heç bir ilkin şərt qoymayıb”, - Mirzoyan qeyd edib. 

Xatırladaq ki, yanvarın 14-də Moskvada Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenkonun vasitəçiliyi ilə Ermənistan və Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrinin ilk görüşü baş tutub.