“Türkiyə və Ermənistan quru sərhədinin açılması istiqamətində iş aparır”

turkiye-ve-ermenistan-quru-serhedinin-acilmasi-istiqametinde-is-aparir
Oxunma sayı: 1550

“Türkiyə və Ermənistan quru sərhədinin açılması istiqamətində iş aparır”.

“Qafqazinfo” “A Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Ermənistanın Türkiyədə səfirliyinin açılması yaxın vaxtlar üçün gündəmdə deyil.

Çavuşoğlu bildirib ki, hazırda ölkələr sərhəd-keçid məntəqələrinin açılması üzərində işləyir.

“Ermənistanla yerüstü keçid məntəqələrinin açılması üçün siyasi şərtlərlə yanaşı, ilk növbədə yolları hazırlamaq, körpünü bərpa etmək lazımdır. Artıq körpünün tikintisi ilə bağlı razılaşmalarımız var”, - deyə Çavuşoğlu vurğulayıb.