Türkiyə və Ermənistanın xarici işlər nazirləri görüşəcək

turkiye-ve-ermenistanin-xarici-isler-nazirleri-gorusecek
Oxunma sayı: 1107

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün “pozitiv atmosferdə keçdiyini” bildirib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Türkiyə və Ermənistanın xarici işlər nazirlərinə müvafiq tapşırıqlar verilib.

“Görüş müsbət atmosferdə keçdi. Müəyyən tələblər oldu. Xarici işlər nazirlərimiz və xüsusi nümayəndələrimiz görüşəcək və nəticələrə uyğun olaraq addımlarımızı atacağıq”, - deyə Türkiyə dövlət başçısı qeyd edib. 

Ərdoğan əlavə edib ki, hazırda tərəflər yük daşımaları, o cümlədən hava nəqliyyatı üzərində işləyirlər. O həmçinin Azərbaycan, Ermənistan və Türkiyə arasında münasibətlərin yaxın gələcəkdə “istiləşəcəyinə” ümid etdiyini bildirib.