Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə təyin olunmuş xüsusi nümayəndələr İrəvanda görüşə bilər.
“Qafqazinfo” “Yerevan Today”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç Antalya Diplomatiya Forumu çərçivəsində baş tutan paneldə çıxışı zamanı danışıb.
O, tərəflər arasında növbəti görüşün gələn həftə İrəvanda keçirilməsini təklif edib.
Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan isə öz növbəsində Serdar Kılıçın təklifinə cavab verərək deyib: “Bu məsələni sizinlə bir qədər sonra müzakirə edərik, nə zaman və harada görüşəcəyimizə qərar verərik”.