Türkiyə və Hindistan qarşılıqlı ticari əlaqələr zamanı dollardan imtina edərək milli valyutaya keçid məsələsini müzakirə edə bilər.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu sözləri prezident Rəcəb Tayyip Ərdoğan Hindistanda qatıldığı forumda çıxışı zamanı deyib:
“İxrac və idxal əməliyyatları milli valyutalarla aparıla bilər. Bu, valyuta kurslarının dəyişməsin mənfi təsirlərini azaldacaq”.
Ərdoğanın sözlərinə görə, ticarətdə türk lirəsi və hind rupisi ilə ödəmələr hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edəcək.
Son xəbərlər
Son Xəbərlər