“Türkiyə və İranın Cənubi Qafqazda rolu artacaq” - Erməni analitik

turkiye-ve-iranin-cenubi-qafqazda-rolu-artacaq
Oxunma sayı: 1941

“SSRİ-nin dağılmasından sonra Rusiyanın Cənubi Qafqaz regionunda təsiri azalıb. Buna paralel olaraq, Türkiyənin, xüsusilə də İkinci Qarabağ Müharibəsindən sonra rolu artıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu siyasi analitik Arqişti Kiviryan “News.am”a açıqlamasında deyib. 

Onun sözlərinə görə, Qərb də aktivlik göstərməyə çalışır, lakin dünya siyasətində oyunun qaydaları dəyişir:

“Əgər 15 il əvvəl bir fövqəldövlət var idisə, bu gün o, öz mövqelərini Çinə verir. Planetin müxtəlif hissələrində oyunun qaydaları onların qarşılıqlı münasibətlərindən asılı olacaq”.

A.Kiviryan belə hesab edir ki, gələcəkdə Türkiyə və İranın Cənubi Qafqazdakı rolu artacaq, Rusiya isə heç olmasa öz mövqelərini qoruyub saxlamağa çalışacaq.