Türkiyə və İranın XİN rəhbərləri telefonla danışdı

turkiye-ve-iranin-xin-rehberleri-telefonla-danisdi
Oxunma sayı: 1111

Türkiyə və İranın xarici işlər nazirləri Hakan Fidanla Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Məlumata görə, tərəflər söhbət zamanı bir sıra məsələlərlə yanaşı, Pakistan və İran arasında vəziyyətin gərginləşməsi ətrafında fikir mübadiləsi aparıblar.