Türkiyə və Misir münasibətlərin bərpasını müzakirə edirlər

Türkiyə və Misir münasibətlərin bərpasını müzakirə edirlər
Oxunma sayı: 665

Türkiyənin yüksəkrütbəli diplomatları Qahirədə Misir rəhbərliyi ilə tamdəyərli münasibətlərin bərpası məsələlərini müzakirə edirlər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS misirli diplomatik mənbəyə istinadən bildirir.

Daha əvvəl “Al Arabiya” telekanalının verdiyi məlumata görə, Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq etdiyi nümayəndə heyəti Qahirəyə səfər edib.

“Danışıqlar ilkin xarakter daşıyır və iki ölkə arasında münasibətlərin bərpası üçün lazım olan tədbirlərə aiddir”, - TASS-ın həmsöhbəti məlumatlandırıb.

Qeyd edək ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, bundan sonra tərəflər öz səfirlərini geri çağırıblar. Cari ilin mart ayında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib.