Türkiyə və Pakistan parlamentlərinin sədrləri Bakıya gəldi

turkiye-ve-pakistan-parlamentlerinin-sedrleri-bakiya-geldi
Oxunma sayı: 1431

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan parlamentinin sədri Əsəd Kayser Azərbaycana səfər ediblər.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Mustafa Şentop və Əsəd Kayser Bakıda Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin rəhbərlərinin birinci üçərəfli görüşündə iştirak edəcəklər. 

Məlumata əsasən, hər iki ölkənin nümayəndə heyəti Azərbaycana İstanbul hava limanından yola düşüblər.

Qeyd edək ki, parlament rəhbərlərinin üçtərəfli görüşü iyulun 27-si Bakıda keçiriləcək. Görüş zamanı Bakı bəyannaməsinin imzalanma mərasimi də baş tutacaq.

Bununla belə, görüşdən əvvəl Prezident İlham Əliyev parlament rəhbərlərini qəbul edəcək.

Həmçinin, Mustafa Şentop iyulun 28-də xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək.

M. Şentop Şuşa və Füzuliyə də səfər edəcək.