Türkiyə və Rusiya müdafiə nazirlərinin telefon danışığı oldu

turkiye-ve-rusiya-mudafie-nazirlerinin-telefon-danisigi-oldu
Oxunma sayı: 722

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, nazirlər Ukrayna və Suriya başda olmaqla ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Türkiyəli nazir daha çox insan tələfatının qarşısının alınması, regionda sülhün və sabitliyin bərpası, pisləşən humanitar vəziyyətin yaxşılaşdırılması üçün dərhal atəşkəsin vacibliyini vurğulayıb.

Danışıq zamanı ərzaq böhranı ilə bağlı taxıl, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması üçün görülə biləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Humanitar yardımlarda hər cür dəstəyi verməyə çalışan Türkiyənin indiyə qədər etdiyi kimi bölgədə sülhün bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğu bir daha ifadə olunub.

Suriya məsələsinin də müzakirə olunduğu danışıq zamanı bölgədə sabitliyi pozmağa yönəlmiş addımların artmasına qarşı lazımi cavabın veriləcəyi, terrorçuların bölgədə olmasının qəbuledilməz olduğu vurğulanıb.

Bununla bağlı əvvəlki razılaşmalara əməl edilməli olduğu xatırladılıb.