Türkiyə və Rusiyaya məxsus yük gəmiləri toqquşdu - Fotolar

turkiye-ve-rusiyaya-mexsus-yuk-gemileri-toqqusdu
Oxunma sayı: 1721

İstanbul boğazında Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub.

Bu barədə “Qafqazinfo” Türkiyənin NTV telekanalına istinadən xəbər verir.

Sahil Mühafizəsinin məlumatına görə, Kocaelidən Ergeliyə doğru hərəkət edən 90 metr uzunluğunda “TAHSİN İMAMOĞLU” gəmisi 128 metr uzunluğundakı “RUSİCH 10” adlı gəmisi ilə Yeniköyün qarşısında toqquşub.

Hadisə yerinə xilasedicilər göndərilib.

İnsident nəticəsində həlak olan və yaralanan olmayıb, gəmilərə maddi ziyan dəyib.