Bu axşam keçirilən iki oyunla UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib. "Bavariya" "Paris Sen-Jermen"i, "Milan" isə "Tottenhem"i qəbul edib.
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çempionlar Liqasında matçlar öncə Türkiyə və Suriyada baş verən zəlzələdə həlak olanlara ehtiram əlaməti kimi onlar bir dəqiqəlik sükutla yad edilib.
Futbolçular meydançaya çıxankən və sükut anında türk və ərəb dilində “Biz sizinləyik” pankartı açılıb. Tribunalarda Türkiyə və Suriya bayraqları dalğalanıb.
Qeyd edək ki, "Bavariya" səfərdə PSJ-ni 1:0, "Milan" isə öz meydanında "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.

Son xəbərlər
Son Xəbərlər