Türkiyə və Uels Bakını, İsveçrə İtaliyanı seçdi

turkiye-ve-uels-bakini-isvecre-italiyani-secdi
Oxunma sayı: 1766

AÇ-2020-nin final mərhələsində iştirak edəcək yığmalar turnir ərzində məskunlaşacağı şəhərləri müəyyənləşdiriblər.

 “Qafqazinfo” xəbər verir ki, A qrupunda iki oyununu Bakıda keçirəcək 3 komanda - Türkiyə, Uels və İsveçrə də seçimini edib.

Türklər və britaniyalılar Bakıda qalmağa üstünlük veriblər. İsveçrə yığması isə İtaliyada məskunlaşacaq.

Qrup mərhələsinin Türkiyə - Uels, Uels - İsveçrə və İsveçrə - Türkiyə matçları ilə yanaşı, 1/4 finalın bir oyunu da Bakı Olimpiya Stadionunda keçiriləcək.