Türkiyə vətəndaşı Bakıda iki qadını aldatdı

turkiye-vetendasi-bakida-iki-qadini-aldatdi
Oxunma sayı: 2483

Bakıda Türkiyə vətəndaşının dələduzluq əməlləri ilə bağlı polisə müraciət daxil olub.

“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinə müraciət edən 1967-ci il təvəllüdlü Musayeva Ceyran Məmməd qızı və 1955-ci il təvəllüdlü İsmayılova Venera Salman qızı bildiriblər ki, Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Şükrü Yeşil Rza oğlu onların külli miqdarda pulunu mənimsəyib.

Qeyd edilib ki, Y.Şükrü C.Musayevanın 5 min dollarını və V.İsmayılovanın 65 min manatını aldadaraq alıb.
Müraciət əsasında araşdırma aparılır.