Türkiyə vətəndaşı Gürcüstanda maşını ilə birgə yandı - Video

turkiye-vetendasi-gurcustanda-masini-ile-birge-yandi
Oxunma sayı: 1076

Gürcüstanın Qori şəhərində avtomobil yolunda benzindaşıyan maşın od tutaraq yanıb. “Qafqazinfo”nun “Novosti Qruziya”ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində sürücü ölüb.

Onun Gürcüstan vətəndaşı olmadığı bildirilir. Məlumata görə, maşının nömrəsi Türkiyə dövlət nişanlı olub.

Yanğının baş vermə səbəbləri araşdırılır.