FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Muğan qəsəbəsində qeydə alınıb.
“VOLVO” və “SHACMAN” markalı 2 yük avtomobili toqquşub. Nəticədə, “VOLVO” markalı yük avtomobilinin sürücüsü Türkiyə Respublikasının vətəndaşı olan 1970-ci il təvəllüdlü Hamza Ötük aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Yanğınsöndürən-xilasedicilər Hamza Ötükün cəsədini avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Əməliyyat saat 03:09-da başa çatıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər