Türkiyə vətəndaşı Kəlbəcərdə ağır qəzada öldü - Video

turkiye-vetendasi-kelbecerde-agir-qezada-oldu
Oxunma sayı: 3530

Kəlbəcərdə ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qamışlı kəndi ərazisində “Volvo” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü, Türkiyə vətəndaşı 1989-cu il təvəllüdlü Emrah Uysal həlak olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.