Türkiyə vətəndaşı qəzada öldü – - Göygöldə

turkiye-vetendasi-qezada-oldu-
Oxunma sayı: 690


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə avqustun 30-da saat 12 radələrində Quşqara kəndində qeydə alınıb.

Şəmkir rayon sakini Ramin Allahverdiyevin idarə etdiyi “Mercedes” və Türkiyə vətəndaşı Aktar İsmayılın idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Hər 2 sürücü və R.Allahverdiyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.

A.İsmayıl orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Göygöl RPŞ tərəfindən  araşdırma aparılır.

Murad Əhməd

“Qafqazinfo”