Türkiyə vətəndaşı Şərurda qəzaya düşdü, 1 ölü, 2 yaralı

turkiye-vetendasi-serurda-qezaya-dusdu-1-olu-2-yarali
Oxunma sayı: 1158

Şərur rayonunun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza oktyabrın 5-də saat 8 radələrində qeydə alınıb. 

Kənd sakini Q.İmanovun idarə etdiyi “Mercedes” və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi “Reno” markalı mikroavtobuslar toqquşub. Nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. V.Əsədov orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.

Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.