Türkiyə vətəndaşlığı üçün alınacaq daşınmaz əmlakın dəyəri artırılır.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, müraciət üçün alınacaq daşınmaz əmlakın dəyəri 250 min dollardan 400 min dollara qaldırılacaq.
Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə edilib.
Qəbul edilən qərarın həyata keçirilməsi üçün Türkiyə Vətəndaşlığı Qanununun Tətbiqinə dair Əsasnaməyə dəyişikliklərin edilməsi gözlənilir.
Qeyd edək ki, 2018-ci ilin sentyabrında qəbul edilən qərarla Türkiyədə vətəndaşlıq almaq üçün daşınmaz əmlak dəyəri 1 milyon dollardan 250 min dollara endirilmişdi.
Son xəbərlər
Son Xəbərlər